logo

DSX emənilərin sərhəddə yeni döyüş mövqeyi əldə etməsini yalanladı

16:10 05-06-2020 | icon 2093
DSX emənilərin sərhəddə yeni döyüş mövqeyi əldə etməsini yalanladı

Ermənistan Müdafiə Nazirliyinin rəsmi mətbuat orqanı olan “hayzinvor.am” saytında iyunun 4-də yerləşdirilmiş materialda Ermənistan silahlı qüvvələrinin işğalçı ölkənin şimal-şərqində Azərbaycan Respublikası ilə dövlət sərhədində yeni döyüş mövqeyinin yaradılması qeyd edilib.

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən YeniAvropa-ya daxil olan məlumatda bildirilir ki, Qazax və Ağstafa rayonları ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədindən keçən təmas xəttində, Azərbaycan və Ermənistan döyüş mövqeləri arasında Ermənistan tərəfinin öz mövqelərini irəli çəkməklə hər hansı yeni döyüş mövqeyi əldə etməsi barədə məlumat həqiqətə tam ziddir:"Əksinə, Dövlət Sərhəd Xidmətinin sərhəd-döyüş mövqelərinin irəli çəkilməsi nəticəsində düşmənin bir sıra istiqamətlərdə müxtəlif diversiya və təxribatlar törətmək imkanları ciddi məhdudlaşdırılıb".