logo

Daha 144 vətəndaşımız çarter reysi ilə Ankaradan Azərbaycana göndərildi

13:59 05-06-2020 | icon 1862
Daha 144 vətəndaşımız çarter reysi ilə Ankaradan Azərbaycana göndərildi

Azərbaycanın milli aviadaşıyıcısı hökumətin tapşırığı ilə Türkiyədən Azərbaycan vətəndaşlarının gətirilməsi üçün iyunun 5-də Bakı-Ankara-Bakı istiqaməti üzrə daha bir çarter reysi yerinə yetirib.

YeniAvropa  xəbər verir ki, budəfəki reyslə biri körpə olmaqla 144 vətəndaşımız Azərbaycana göndərilib.

Xatırladaq ki, vətəndaşlarımızın Türkiyədən təxliyəsi martın 15-dən davam edir. "Azərbaycan Hava Yolları" (AZAL) Türkiyə istiqamətindən bundan əvvəl mayın 22-də çarter reysini İstanbuldan həyata keçirib. Təlimata uyğun olaraq xəstə, tənha, uşaqlı qadınların daşınmasına üstünlük verilir.