Gürcüstan hökuməti daha 114 vətəndaşını Azərbaycandan təxliyə edib.
YeniAvropa xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyindən bildirilib. Qeyd edilib ki, onlar ötən gün avtobusla Gürgüstana yola salınıb. Həmin şəxslər arasında yeniyetmələr, ahıllar, hamilə qadınlar, ağır xroniki xəstəlikləri olanlar və səfirliyin müvəqqəti yaşayış yeri ilə təmin etdiyi insanlar olub.
Bildirilib ki, vətəndaşların Gürcüstana təxliyəsi səfirliyin dəstəyi və Azərbaycanın müvafiq dövləq qurumları ilə koordinasiya əsasında həyata keçirilib.
xatırladaq ki, bundan əvvəl Gürcüstan hökuməti Azərbaycandan 160 vətəndaşının vətənə qaytarılmasını təmin edib