logo

Tələbə qız özünü 18-ci mərtəbədən atdı

22:57 04-06-2020 | icon 3185
Tələbə qız özünü 18-ci mərtəbədən atdı

Paytaxtda intihar hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Nağıyeva Günel Bəhram qızı özünü Ceyhun Hacıbəyli və Həsən Əliyev küçələrinin kəsişməsindəki binanın 18-ci mərtəbəsindən atıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, G.Nağıyeva Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbəsidir. Hadisə ilə bağlı əraziyə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin və Nərimanov Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

0-3