logo

Türkiyədə daha 21 nəfər koronavirusdan öldü

20:21 04-06-2020 | icon 2093
Türkiyədə daha 21 nəfər koronavirusdan öldü

Türkiyədə yeni növ koronavirusala (COVID-19) bağlı gündəlik testlərin aparılması davam edir. İyunun 4-də ümumilikdə 54 min 234 nəfər yoxlamadan keçirilib. Onlardan 988 nəfərdə virus aşkarlanıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, gün ərzində 926 nəfər sağalıb, 21 nəfər dünyasını dəyişib. Gündəlik sağalmada artım, ölümdə azalma qeydə alınıb.

Bu vaxtadək 2 milyon 209 min 583 nəfər koronavirus testindən keçirilib. Hazırda 692 nəfər reanimasiyada, 265 xəstə süni nəfəs aparatına qoşulmuş haldadır. İndiyədək bu virusdan 4 min 630 xəstə dünyasını dəyişib, 131 min 778 xəstə sağalıb.

Məlum pandemiya ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması planlı şəkildə həyata keçirilir.