logo

“Azercell”dən “Telegram Bot” - rəqəmsal dünyada yeni bələdçiniz

19:10 04-06-2020 | icon 2597
“Azercell”dən “Telegram Bot” - rəqəmsal dünyada yeni bələdçiniz

Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC abunəçilərinə ən yaxşı müştəri təcrübəsi bəxş etmək məqsədilə istifadə rahatlığı ilə seçilən innovativ “Telegram Bot” xidmətini yerli bazara gətirir. Rəqəmsal məhsullar portfelini daim zənginləşdirən “Azercell” “Telegram Bot” çərçivəsində abunəçilərinə bir sıra əməliyyatları rahat şəkildə Müştəri Xidmətlərinə müraciət etmədən həyata keçirmək imkanı verir.

YeniAvropa xəbər verir  ki, yeni servisdən yararalanmaq qaydası çox asandır: “iOS” və “Android” əməliyyat sistemlərini dəstəkləyən “Telegram” mobil tətbiqini “Play Store” və ya “App Store”dan yüklədikdən sonra “https://bit.ly/azercellbot” keçidinə daxil olaraq “Start” komandası seçilməlidir. Cavab olaraq bot abunəçilərə 7 bölümdən ibarət menyu təqdim edəcək:

Mənim Nömrəm: Abunəçi “Azercell”in “Kabinetim” tətbiqində qeydiyyatdan keçdiyi mobil nömrə və şifrəni daxil edərək nömrəyə dair məlumatları əldə edə və müxtəlif əməliyyatlar həyata keçirə bilər ( cari tarif /internet paketinin idarəsi, balans haqqında məlumat).

Tariflər: “Azercell”in mövcud tarif bazası haqqında detallı məlumat və qoşulma qaydaları.

Xidmətlər: “Azercell”in lokal və rominq xidmətləri haqqında detallı məlumat və qoşulma qaydaları.

İnternet: “Azercell”in mövcud internet paketləri haqqında detallı məlumat və qoşulma qaydaları.

“Azercell+”: “Azercell”in yeni nəsil rəqəmsal həlləri haqqında detallı məlumat və qoşulma qaydaları.

Kampaniyalar: “Azercell”in mövcud danışıq və internet kampaniyaları haqqında detallı məlumat və qoşulma qaydaları.

Əlaqə: Abunəçinin cari lokasiyasına əsaslanan “ən yaxın Azercell nümayəndəliyi”nin təyin edilməsi və ya Onlayn Müştəri Xidmətlərinə keçid.

Mobil operator yeni “Telegram Bot” xidmətinin funksional imkanlarını mütəmadi olaraq genişləndirəcəyini bəyan edərək, hər kəsi rəqəmsal dünyanı “Azercell”lə kəşf etməyə cağırır!

Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.