logo

Operativ Qərargah:"Xəbər saytları ev şəraitində onlayn işləyə bilərlər"

18:58 04-06-2020 | icon 2016
Operativ Qərargah:"Xəbər saytları ev şəraitində onlayn işləyə bilərlər"

Xəbər saytlarında işləyənlərin ev şəraitində onlayn şəkildə fəaliyyət göstərməsi mümkündür.

YeniAvropa xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

“Televiziya və radio qurumları işə məhdud sayda əməkdaş cəlb etsinlər. Verilişlərə dəvət ediləcək şəxslər olacaqsa, onlarla müsahibə və reportajlar onlayn şəkildə təşkil olunsun. İstisnalar olarsa, bununla bağlı Operativ Qərargaha müraciət edilməli və xüsusi icazə alınmalıdır”, - deyə R.Bayramlı xüsusi karantin rejimi dövründə qurumların fəaliyyəti barədə danışaraq qeyd edib.