logo

Azərbaycan iyulun 1-dək bütün hava limanlarını bağlayır

17:28 04-06-2020 | icon 2058
Azərbaycan iyulun 1-dək bütün hava limanlarını bağlayır

Azərbaycanın bütün hava limanları iyunda sərnişin reysləri üçün bağlı olacaq.

 YeniAvropa xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib.Qeyd edilib ki, iyulun 1-dək Azərbaycanın bütün hava limanları müntəzəm sərnişin reyslərinin həyata keçirilməsi üçün bağlı olacaq.

Xatırladaq ki, ötən həftə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı iyunun 8-dən sonra Gəncə və Naxçıvana aviareyslərin bərpasının planlaşdırıldığını açıqlamışdı.