logo

Qobustanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

16:09 04-06-2020 | icon 3031
Qobustanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Qobustanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Qobustan şəhəri ərazisində Çalov kənd sakini G.Günəşovun idarə etdiyi “VAZ-2107” və Şamaxı rayon sakini E.Əliyevin idarə etdiyi “MAN” markalı avtomobillər toqquşub. Nəticədə G.Günəşovun sərnişini, şəhər sakini Şamil İsrafilov hadisə yerində ölüb.

Hadisə ilə bağlı Qobustan rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.