logo

Prezident İlham Əliyev Sarıcalıda  məktəb tikintisinə 2 milyon manat ayırdı

15:14 04-06-2020 | icon 1974
Prezident İlham Əliyev Sarıcalıda  məktəb tikintisinə 2 milyon manat ayırdı

Prezident İlham Əliyev iyunun 4-də “Ağcabədi rayonunun Sarıcalı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamla Ağcabədi rayonunun Sarıcalı kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.