logo

Yalnız  vacib halda-"102"nin razılığı əsasında  evdən çıxa biləcəksiniz

14:59 04-06-2020 | icon 1925
Yalnız  vacib halda-"102"nin razılığı əsasında  evdən çıxa biləcəksiniz

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisinin sakinləri həftəsonları yaşayış yerlərini və ya olduğu yerləri tərk etmək istədikdə Daxili İşlər Nazirliyinə müraciət etməlidir.

YeniAvropa xəbər verir ki, bu, baş nazir Əli Əsədovun  bu gün imzaladığı "Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" qərarda öz əksini tapıb.

Belə ki, sakinlər yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin "102" Xidməti - Zəng Mərkəzi vasitəsi ilə icazə almaqla tərk edə bilər.