logo

Nazirlər Kabineti qərar verdi: sabahdan işlər tam məhdudlaşdırılır

13:57 04-06-2020 | icon 2023
Nazirlər Kabineti qərar verdi: sabahdan işlər tam məhdudlaşdırılır

İyunun 4-də Nazirlər Kabinetinin fövqəladə iclası keçirilib.

YeniAvropa xəbər verir ki, iclaasda  sabah, iyunun 5-i, cümə günü saat 14:00-dan başlayaraq bazar ertəsi səhərə qədər Bakıda, Sumqayıtda, Abşeron rayonunda, Gəncədə və Lənkəranda iş qrafikinin tam məhdudiyyəti ilə bağlı qərar qəbul edilib.

Qərara əsasən, dövlət və özəl qurumlar cümə günü saat 14:00-a qədər işləyəcək. Artıq bu məlumat yerli icra hakimiyyətlərinə və bir sıra dövlət orqanlarına çatdırılıb. Onlara yeni qaydalara ciddi riayət etmələri tövsiyə olunub.

Qeyd edək ki, baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasdan sonra qərarın detalları ictimaiyyətə çatdırılacaq.