logo

Cahangir Hacıyev infarkt öncəsi vəziyyətdədir-bacının iddiası

12:30 04-06-2020 | icon 2114
Cahangir Hacıyev infarkt öncəsi vəziyyətdədir-bacının iddiası

Azərbaycan Beynəlxalq Bankının(ABB) keçmiş sədri Cahangir Hacıye infarkt öncəsi vəziyyətdədir. 

 YeniAvropa xəbər verir ki, bu barədə ABB-nin sabiq sədrinin  bacısı Əminə Hacıyeva növbəti dəfə kömək xahişi ilə prezident İlham Əliyevə müraciət edib.

O, dövlət başçısının adına ünvanladığı məktubunda iddia edir ki, qardaşı ölümlə üz-üzədir və ağır xəstəlikləri olduğu halda onun həbsdə saxlanılması ölüm hökmünə bərabərdir.

Əminə Hacıyeva bildirir ki, iyunun 2-dən 3-nə keçən gecə qardaşında kəskin ürək çatışmazlığı, yüksək təzyiq, tənginəfəslik əlamətləri baş verib. "Vəziyyətinin ağırlaşması ilə əlaqədar qardaşının saxlanıldığı Lökbatan qəsəbəsindəki 13 saylı cəzaçəkmə müəssisəsinə Təcili Yardım çağırılıb. Gələn həkim onun  ürəyinin kardioqramıını çəkib, müayinə edib və bildirib ki, vəziyyəti infarkt öncəsi  əlamətlərə uyğundur. Amma həkim özünü təqdim etməkdən imtina edib, müayinə nəticələrini Hacıyevə verməkdən imtina edib,-deyə o, məktubda qeyd edib. 

Əminə Hacıyevanın sözlərinə görə, qardaşı uzun müddətdir ki, qalxanabənzər vəzinin xroniki  xəstəliyindən əziyyət çəkir və mütəmadi olaraq ambulator şəraitdə müalicə olunurdu. "Xəstəliyin xarakterinə görə o, ildə iki dəfə müayinə olunurdu. 2015-ci ildə həbs edildikdən sonra həmin xəstəliklə əlaqədar müayinələrdən məhrum olmuşdur. Ona görə də xəstəliklə bağlı qəbul etdiyi dərmanların doza və miqdarını müəyyən etmək imkanı olmadığından, dərmanlar effekt vermir  və əksinə, ürək-damar xəstəliyini daha da kəskinləşdirir", -deyə Əminə Hacıyeva bildirib.