logo

Bakı,Sumqayıt,Gəncə və Lənkəranda küçəyə çıxmaq qadağan ediləcək

19:57 03-06-2020 | icon 1897
Bakı,Sumqayıt,Gəncə və Lənkəranda küçəyə çıxmaq qadağan ediləcək

Bu həftədən başlayaraq bazar günü səhər saatlarınadək narıncı zona adlandırılan Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda küçəyə çıxmaq qadağasının tətbiq olunması gözlənilir.

YeniAvropa xəbər verir ki, bu barədə bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı məlumat verib.

Onun sözlərinə görə, yoluxma intensivliyinin yüksək olduğuna görə qarşıdakı bir və ya iki ay ərzində həftənin iki günü, bəlkə də üç günü ərzində vətəndaşların küçəyə çıxması, nəqliyyat vasitələrinin hərəkəti və iş rejimi məhdudlaşdırılacaq, mağazalar bağlanacaq.