logo

QHT Şurasından yeni elektron tətbiq: SƏLİS MÜQAVİLƏ

19:33 03-06-2020 | icon 1946
QHT Şurasından yeni elektron tətbiq: SƏLİS MÜQAVİLƏ

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası(QHT Şurası) iyunun 2-dən başlayaraq QHT-lərlə qrant müqavilələrini heç bir canlı təmas olmadan elektron qaydada imzalamağa başlayıb. SƏLİS müqavilə iki formada – “ASAN imza” və elektron imza vasitəsilə bağlanır.

YeniAvropa xəbər verir ki, bu barədə QHT Şurasının ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud  məlumat verib. Onun sözlərinə görə, qrant müqavilələrinin elektron qaydada imzalanması ölkəmizdə QHT-lərə xidmət sahəsində ilk dəfədir tətbiq olunur. Bu yenilik QHT-yə cəmi bir neçə saniyə ərzində qrant müqaviləsini imzalamağa imkan verir.

Xatırladaq ki, Şura 2019-cu ildən QHT layihələrinin idarə olunması prosesini SƏLİS çərçivəsində elektronlaşdırıb. Hazırda isə qrant müqavilələrinin imzalanması da elektron qaydada həyata keçirilir.