logo

Neft Fondu bu il “AÇGi” layihəsi üzrə 2,1 milyard dollar qazanıb

16:33 03-06-2020 | icon 2597
Neft Fondu bu il “AÇGi” layihəsi üzrə 2,1 milyard dollar qazanıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ilin əvvəlindən iyunun 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 2 milyard 106 milyon ABŞ dolları gəlir əldə edib.

 YeniAvropa xəbər verir ki, bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamenti məlumat yayıb.