logo

Neft Fondu cari ildə “Şahdəniz” qazından 66 milyon dollar gəlir əldə edib

15:09 03-06-2020 | icon 2506
Neft Fondu cari ildə “Şahdəniz” qazından 66 milyon dollar gəlir əldə edib

İlin əvvəlindən iyunun 1-dək Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” yatağı üzrə təbii qazın satışından əldə etdiyi gəlir 66 milyon dollar olub.

 YeniAvropa xəbər verir ki, bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Qeyd olunub ki, yanvar-may aylarında Neft Fondunun “Şahdəniz” üzrə kondensatın satışından əldə olunan gəliri isə 120 milyon dollar təşkil edib.