logo

Çilidə 6,9 bal gücündə zəlzələ baş verib

14:29 03-06-2020 | icon 2009
Çilidə 6,9 bal gücündə zəlzələ baş verib

Çilinin şimal-şərqində yerləşən Arika, Parinakota və Atakama bölgələrində maqnitudası Rixter şkalası üzrə 6,9 bal olan zəlzələ baş verib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, hələlik tələfat və dağıntılar barədə məlumat verilməyib.

Çilinin Daxili İşlər Nazirliyi Milli Seysmoloji Mərkəzə istinadla Çili sahillərində sunami təhlükəsinin olmadığını bildirib.