logo

Binəqədi rayonunda dağlıq ərazidə yanğın başlayıb

14:11 03-06-2020 | icon 1827
Binəqədi rayonunda dağlıq ərazidə yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən aparılan videomüşahidə zamanı Bakının Binəqədi rayonunda dağlıq ərazidə tüstülənmə olması qeydə alınıb.

FHN-dən YeniAvropa-ya bildiriblər ki, nazirliyin müvafiq xilasetmə qurumları dərhal məlumatlandırılıb. Hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin bölmələri tərəfindən ərazidə yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir.

İlkin məlumata əsasən, mürəkkəb relyefli dağlıq ərazidə təqribən 2-3 hektar sahədə quru ot və kol-kos yanır.

Əlavə məlumat veriləcək.