logo

Bakıda klinikada uşaq öldü - Prokurorluq araşdıracaq

12:10 03-06-2020 | icon 2653
Bakıda klinikada uşaq öldü - Prokurorluq araşdıracaq

Bakıda 9 yaşlı uşaq əməliyyatdan sonra xəstəxanada ölüb.

YeniAvropa xəbər verir ki, hadisə 1 saylı Kliniki Tibbi Mərkəzin Uşaq Cərrahiyyə Şöbəsində qeydə alınıb.
Bakı şəhər sakini, 2011-ci il təvəllüdlü Emin Abdullayev kəskin appendisit diaqnozu ilə mayın 28-də xəstəxanaya daxil olub. O, cərrahiyə əməliyyatı olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Ötən gün göstərilən tibbi yardımlara baxmayaraq E. Abdullayev reanimasiya şöbəsində ölüb.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.