logo

AzTV-nin əməkdaşı koronavirusa görə karantinə alındı

11:49 03-06-2020 | icon 1883
AzTV-nin əməkdaşı koronavirusa görə karantinə alındı

Azərbaycan Dövlət Televiziyasının(AzTV) operatorunun koronavirusa yoluxması barədə məlumat yayılıb.

YeniAvropa xəbər verir ki, bu barədə məlumat verən AzTV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov faktı təsdiqləyib. O, həmin operatorun karantinə alındığını deyib. 

"Bizim operatorlar hər çəkilişdən əvvəl analiz verirlər. Həkimlər bir operatorun analizindən şübhələniblər. Hələlik araşdırma aparılır. Operator karantinə alınıb və yoxlamadan keçirilir. Nəticə ilə bağlı ictimaiyyətə məlumat veriləcək”,-deyə M.Aslanov bildirib.

Xatırladaq ki, bundan əvvəl də ATV-nin bir neçə əməkdaşında koronavirus aşkarlanmışdı.