logo

İcra başçısının qardaşı ekologiyanı məhv edir-Nazirlik cərimələdi

11:31 03-06-2020 | icon 2184
İcra başçısının qardaşı ekologiyanı məhv edir-Nazirlik cərimələdi

Oğuz rayon icra başçısının qardaşı Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən cərimələnib.

YeniAvropa xəbər verir ki, Oğuz rayonunun Daşağıl çayının hövzəsində daş, qum-qınğı istehsal edən şirkət mövcuddur. Bu şirkətin Oğuz rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanovun  qardaşı Mahir Qurbanova məxsusdur. "bolgexeber.com" əməkdaşları Oğuz rayonunda olarkən  ekologiyaya ciddi ziyan vuran daş, qum karxanaları ilə bağlı çəkilişlər aparıblar. Saytın əməkdaşları məsələ ilə bağlı ETSN-nin 6 saylı Regional Şöbəsinə məlumat veriblər. Nazirliyn əməkdaşları dərhal hadisə yerinə gəlib və baxış keçirilib. 
Pozuntu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən akt tərtib olunub və Oğuz rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanovun  qardaşı Mahir Qurbanov ağacları məhv etdiyinə, ekologiyaya ciddi ziyan vurduğuna görə cərimə olunub.