logo

Bu gündən Azərbaycan vətəndaşları Türkiyədə 90 gün vizasız qala biləcəklər

10:40 03-06-2020 | icon 1897
Bu gündən Azərbaycan vətəndaşları Türkiyədə 90 gün vizasız qala biləcəklər
 
 

Türkiyə Azərbaycan vətəndaşları üçün bu ölkədə vizasız qalmaq müddətini 90 günədək uzadıb.

YeniAvropa xəbər verir ki,bununla bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq qərar imzalayıb.

Qərara əsasən 2020-ci ilin fevralın 25-də Bakıda imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında" saziş təsdiqlənib.

Qərar iyunun 3-də Türkiyənin “Rəsmi qəzeti”ndə dərc edilib.

Xatırladaq ki, əvvəllər Azərbaycan vətəndaşları Türkiyədə 30 gün vizasız qala bilirdilər.