Eldar Mahmudovun qızı atasını niyə şah obrazında təsəvvür edirdi?...
Beynəlxalq araşdırmaçı jurnalistlər qrupu Eldar Mahmudovun övladlarının Böyük Britaniya, Lüksemburq, İspaniya və Litvada 110 milyon dollara yaxın dəyərində mülklərini, obyektlərini və digər aktivlərini aşkar etməsi barədə xəbər vermişdik.
YeniAvropa xəbər verir ki,beynəlxalq araşdırmaçı jurnalistlər qrupunun araşdırmasında keçmiş milli təhlükəsizlik nazirinin qızı Xuraman Mahmudova ilə bağlı maraqlı epizod yer alır. Bildirilir ki, 2013-cü ildə Xuraman Mahmudova Mayorkada yaşayan rəssam qadından müəllifi olduğu uşaq nağılları kitabına illüstrasiyalar çəkməyi xahiş edir.
İspaniyalı rəssam jurnalistlərə danışarkən anonimliyinin qorunmasını xahiş edib. Bildirib ki, həmin xahişə müsbət cavab verib. Deyib ki, yeni müştərisi-Eldar Mahmudovun böyük qızı haqda o vaxta qədər eşitməmişdi, amma Azərbaycana getmək və nağılların müəllifi barədə daha yaxından öyrənmək təklifini qəbul edib. Müəllif istəyirdi ki, rəssam-illüstrator Mahmudov qardaş və bacılarının obrazında hazırda böyümüş olan üç uşağın fantastik əhvalatlarını təsvir etsin.
Bakıda illüstratoru hər gün görməli yerlərə və muzeylərə aparıblar, rəssam daim mühafzəçilərin əhatəsində olan Xuramanla gəzib dolaşıb. O, Xuramanın uşaqlıqda yay tətilini keçirdiyi babasının və nənəsinin evinə baş çəkib. İllüstrator öz personajları barədə informasiyaları və fotoları cəmləyərək Mayorkaya dönüb. Növbəti il o, Xuramanla adada görüşüb. Deyir ki, Mahmudovlar ailəsi hər il hökmən öz tətillərinin bir hissəsini Mayorkada keçirirdi.
Kitabın təqdimatı 2015-ci ilin martında xarici diplomatların da iştirakı ilə teatr tamaşası kimi keçirilib. Bunun ardınca mərmər döşəməli zalda banket olub, orada Eldar Mahmudov çıxış edib, nüfuzlu Azərbaycan məmurları və onların qlamur xanımlarından ibarət qonaqlara kitabı tərifləyib.
Bütün bunlardan sonra rəssam öz əməyinin qarşılığında, aylarla işləyərək kitaba hər illüstrasiyanı çəkməsinin əvəzində çox aşağı qonorar alanda sarsılır. Xuraman ona deyir ki, pulu öz cibindən verir və daha artıq ödəməyə imkanı çatmır. Ötən il, yəni 2019-cu ildə Xuraman rəssamla yenidən əlaqə saxlayıb və növbəti kitabına illüstrasiyalar çəkməyi xahiş edib. Amma rəssam daha onunla işləmək istəməyib.
Yəni rəssama verilən sifarişdən çıxış etsək həmin uşaqlar Eldar Mahmudovun qızları və oğludur, taxtda əyləşənlər isə onların hökmdar obrazına təsəvvür etdikləri atası və anasıdır.
Virtualaz.org qeyd edir ki, gənc yazar kimi təqdim olunan Xuraman Mahmudovanın “Sehrli Səyahət” adlı nağıllar kitabının təqdimat mərasimi onun atasının “taxt-tacdan aşırılmasından” cəmi bir neçə ay əvvəl-2015-ci il martın 13-də İçərişəhərdə yerləşən "Muğam-klub"dakeçirilib. Mərasimdə dövlət və ictimaiyyət xadimləri, diplomatik korpusun nümayəndələri, müəllifin ailə üzvləri, qohumları və dostları iştirak ediblər.
Orada deyilib ki, Xuraman Mahmudovanın uşaq ədəbiyyatında yeni söz olan "Sehrli Səyahət" kitabı planlaşdırılan böyük layihənin bir hissəsidir. Müəllif deyir ki, bu kitab Qarabağ münaqişəsi nəticəsində didərgin düşmüş uşaqların istifadəsinə veriləcək böyük kitabxananın yaranmasının başlanğıcıdır. Bu kitabxanada məşhur əsərlərlə yanaşı, müasir Azərbaycan uşaq ədəbiyyatının nümunələri də olacaq. "Sehrli Səyahət" İçərişəhəri uşaqlığa xas xəyallar dünyası ilə reallıq arasında körpü kimi təsvir edən nağıldır.
Xatırladaq ki, X.Mahmudova 1988-ci ildə anadan olub, İsveçrədə biznes və maliyyə təhsili alıb. Hobbi kimi yazıçılıqla məşğul olur.
Sabah Bakıda 18° isti olacaq
Azərbaycan ötən il Türkiyəyə 1,8 milyard $ investisiya yatırıb
“Crocus City Hall”da xəsarət alanların sayı 551 nəfərə çatıb
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi:Cərimələr artılırdı
Cinayət-Prosessual Məcəlləsinə bir sıra dəyişikliklər edilib
Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçirilir
Ermənistanda Vladimir Solovyovun verilişləri qadağan edilib
Milli Məclisin bugünkü iclasında 21 məsələ müzakirəyə çıxarılıb
“Qarabağ” bütün oyunlarını uduzsa belə,yenə çempion olacaq
Ucarda məktəb binası yanıb
Antalya “Böyük Dəbilqə”si: Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Ukrayndan Hindistana “qırmızı xəti” keçməmək xəbərdarlığı
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq
Lavrov Aİ-nin Ermənistandakı missiyasını NATO missiyası adlandırıb
Azərbaycan nefti 89,22 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb
Daha 35 ailə Füzuliyə yola salınıb
Avtobus və taksi fəaliyyətinə dair tələblər təsdiqlənib
Türkiyə Azərbaycanla birgə tarixi film çəkəcək
Xarici işlər naziri istefa verdi...
“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib
“Texnika Bank”ın əmlakları təkrar hərraca çıxarılır
Avropa çempionatı: Minifutbol millimizin mümkün rəqibləri bəlli olub
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib
Sabah Bakıda 17° isti olacaq