logo

Türkiyədə koronavirusdan sağalananların sayı 130 minə yaxınlaşır

21:32 02-06-2020 | icon 2142
Türkiyədə koronavirusdan sağalananların sayı 130 minə yaxınlaşır

Türkiyədə yeni növ koronavirusa (COVID-19) yoluxanların müalicəsində böyük nəticələr müşahidə olunur. İyunun 2-nə qədər ölkə üzrə sözügedən virusdan sağalanların sayı 129 min 921 nəfərə çatıb.

 YeniAvropa Türkiyə Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, iyunun 2-də ölkədə 32 min 325 nəfər testdən keçirilib. Onlardan 786 nəfər xəstə çıxıb. Bildirilir ki, gün ərzində 974 nəfər sağalıb, 22 nəfər dünyasını dəyişib. Gündəlik sağalanların sayında yüksəliş, ölüm halında aşağı düşmə müşahidə olunur.

Bu vaxtadək 2 milyon 103 min 044 nəfər koronovirus testindən keçirilib. Hazırda 633 nəfər reanimasiyada, 271 xəstə süni nəfər aparatına qoşulmuş haldadır. İndiyədək bu virusdan 4 min 585 xəstə dünyasını dəyişib.