logo

Milli Məclisin növbəti plenar iclasının vaxtı bəlli oldu

20:18 02-06-2020 | icon 1995
Milli Məclisin növbəti plenar iclasının vaxtı bəlli oldu

Milli Məclisin növbədənkənar sessiyanın növbəti plenar iclası iyunun 5-də keçiriləcək.

 YeniAvropa xəbər verir ki, iclasın gündəliyinə 4 məsələ daxil edilib.

Deputatların müzakirəsinə təqdim ediləcək məsələlər aşağıdakılardır:

- Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin ediliməsi haqqında;

- Azərbaycan Resupblikasının 2019-cu il dövlət büdcəsinin icrası barədə (birinci oxunuş);

- "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik ediləməsi barədə qapnun layihəsi;

- "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi" haqqında qanun layihəsi (birinci oxunuş).