logo

Masallının prokuroru işdən çıxarıldı

16:11 02-06-2020 | icon 1904
Masallının prokuroru işdən çıxarıldı

Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə Masallı rayon prokuroru Allahverdi Novruzov "Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunmaqla prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov özünün "Facebook" hesabında stutus paylaşıb. 

E.Sultanov qeyd edib ki, həmin əmrlə A.Novruzov prokurorluq orqanlarında səmərəli fəaliyyətinə görə "Azərbaycan Prokururorluğunun Fəxri Fərmanı” ilə təltif edilib.