logo

“Türk Hava Yolları” iyunun 18-dən beynəlxalq aviareysləri bərpa  edir

14:54 02-06-2020 | icon 2499
“Türk Hava Yolları” iyunun 18-dən beynəlxalq aviareysləri bərpa  edir

“Türk Hava Yolları” aviaşirkəti iyunun 18-dən etibarən beynəlxalq aviareysləri bərpa edir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə şirkətin media müşaviri Yahya Üstün  məlumat verib.

Onun sözlərinə görə, aviareyslərin bərpası nəticəsində iyunun 18-dən etibarən Avropanın 16 şəhərindən Türkiyənin 14 bölgəsinə  beynəlxalq uçuşlar həyata keçiriləcək.