logo

Nərgiz Cəlilovaya yenidən AzTV-də

13:33 02-06-2020 | icon 1939
Nərgiz Cəlilovaya yenidən AzTV-də
Azərbaycanın əməkdar artisti, tanınmış aparıcı Nərgiz Cəlilova Azərbaycan Dövlət Televiziyasında yeni vəzifənin icrasına başlayıb. 
 
 YeniAvropa xəbər verir ki,  Nərgiz xanım AzTV-də Aparıcı qrupunun bədii rəhbəri vəzifəsində çalışacaq.
 
O da bildirilib ki, artıq Nərgiz Cəlilova qeyd olunan vəzifədə işinin başındadır. Yaxın günlərdə Nərgiz xanımın bu vəzifəyə təyinatı gözlənilir. 
 
Qeyd edək ki, son ilə qədər AzTv-də Aparıcı qrupun bədii rəhbəri Azərbaycanın xalq artisti, mərhum diktor Rafiq Hüseynov olub. Mərhum Rafiq Hüseynovdan sonra bu vəzifə məhz Nərgizə Cəlilovaya həvalə olunacaq