logo

İlham Əliyev Sumqayıtda işıqlandırma sistemi üçün 6 milyon manat ayırdı

11:43 02-06-2020 | icon 2009
İlham Əliyev Sumqayıtda işıqlandırma sistemi üçün 6 milyon manat ayırdı

Prezident İlham Əliyev  iyunun 2-də "Sumqayıt şəhərində müasir işıqlandırma sistemlərinin quraşdırılması ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: " Sumqayıt şəhərində müasir işıqlandırma sistemlərinin quraşdırılması üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt şəhər İcra Hakimiyyətinə 6,0 (altı) milyon manat ayrılsın".