logo

TƏBİB Azərbaycanda koronavirusla bağlı son durumu açıqladı

22:31 01-06-2020 | icon 350
TƏBİB Azərbaycanda koronavirusla bağlı son durumu açıqladı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 1-ə olan statistik göstəriciləri açıqlayıb.

 YeniAvropa xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 4 285 test aparıldığı bildirilib.

Qeyd olunub ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 302 933 test aparılıb.

Hazırkı dövrədək ölkəmizdə 5 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 508 nəfər müalicə olunaraq sağalıb, 68 nəfər vəfat edib, 2 086 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 55 nəfərin vəziyyəti ağır, 69 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.