logo

Bakıda "Dəniz Mall" fəaliyyətə başladı 

20:59 01-06-2020 | icon 2086
Bakıda "Dəniz Mall" fəaliyyətə başladı 

Paytaxtda  bu gündən "Dəniz Mall" fəaliyyətə başlayıb.

 YeniAvropa xəbər verir ki, Dənizkənarı bulvar ərazisində ("Azneft meydanı") yerləşən  "Dəniz Mall" 43619
m² sahəni əhatə edir. Burada 66 brend mağaza, 6 əyləncə məkanı 25 kafe və restoran, 3 uşaq əyləncə məkanı  yerləşir. 

"Dəniz Mall ticarət mərkəzi 1 iyun 2020-ci il tarixindən etibarən ticari fəaliyyətinə başlayır! Ticarət mərkəzinin nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti isə Nazirlər Kabinetinin yanında Operativ Qərargahın qərarına əsasən, bir müddət daha fəaliyyət göstərməyəcək",- deyə mərkəzin  məlumatında bildirilib.