logo

Nazirlər Kabinetində yeni təyinatlar

20:05 01-06-2020 | icon 2107
Nazirlər Kabinetində yeni təyinatlar

Nazirlər Kabineti Aparatının strukturunda yeni təyinatlar olub.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

Onun sözlərinə görə,  Əli Əsədobun müvafiq sərəncamla Mehman Tağıyev baş nazirin köməkçisi təyin olunub.

Bundan əlavə, Xalid Qasımlı Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinin müdiri, Niyazi Rəhimov Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin müdiri, Musa Pənahov isə Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri təyin ediliblər.