logo

Masallı sakinindən 0,5 kq-dan artıq narkotika götürüldü

16:30 01-06-2020 | icon 1897
Masallı sakinindən 0,5 kq-dan artıq narkotika götürüldü

Masallı rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qızılağac kənd sakini, əvvəllər məhkum olunmuş R.Nəsirov saxlanılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb.

Davam etdirilən tədbirlərlə onun “Toyota” markalı avtomobilində marixuana, metamfetamin, heroin, evində isə əlavə olaraq 435 qrama yaxın heroin və 164 qrama yaxın metamfetamin aşkarlanıb.