logo

Siyavuş Novruzov:“Bu cür fikirlərlə əhalinin evini yıxırıq”

14:30 01-06-2020 | icon 2023
Siyavuş Novruzov:“Bu cür fikirlərlə əhalinin evini yıxırıq”

" İndi kimsə əhalidən dəstək almaq istəyirsə, xal qazanmaq istəyirsə, bu cür fikirlər səsləndirir. Ancaq bu cür fikirlərlə əhalinin evini yıxırıq". 

 YeniAvropa xəbər verir ki, bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı çıxışı zamanı səsləndirib.  Deputat bəzi həmkarlarının maskayla bağlı cərimə məbləğlərinin aşağı salınmasına dair fikirlərinə sərt reaksiya verib. 

O qeyd edib ki, burada söhbət cərimənin miqdarından getmir:

“Söhbət ondan gedir ki, maska taxmayan cərimələnəcək. İnsanlar qanuna tabe olmalı və ona riayət etməlidir. Filankəsin imkanı var, filankəsin imkanı yoxdur. Bu gəlir vergisi, əmlak vergisi deyil ki, burada məbləğin çox, ya az olmasını müzakirə edək. İndi kimsə əhalidən dəstək almaq istəyirsə, xal qazanmaq istəyirsə, bu cür fikirlər səsləndirir. Ancaq bu cür fikirlərlə əhalinin evini yıxırıq. Məsələ çox sadədir. Maska taxan heç kəs cərimə olunmayacaq. Yəni məsələnin həlli 2 vur 2-dir. Maska tax, cərimə olunma. Biz özümüz üçün bunu hələ müəyyənləşdirə bilməmişik, insanlara nəsihət verməyə çalışırıq”