logo

Gəncədə gizli fəaliyyət göstərən özəl tədris mərkəzi aşkarlanıb

11:56 01-06-2020 | icon 1820
Gəncədə gizli fəaliyyət göstərən özəl tədris mərkəzi aşkarlanıb

Gəncə şəhər Baş Polis İdarəsinin və tabeli orqanlarının əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul olunan sanitar-karantin rejimi qaydalarının təmini istiqamətində tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan YeniAvropa-ya bildiriblər ki, Baş Polis İdarəsinin əməkdaşları inzibati ərazidə xidmət aparan zamanı şəhərin Nizami rayonu ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl tədris mərkəzi aşkarlayıblar. Vətəndaş Fətəli Əliyevin icarə əsasında işlətdiyi “Disney Kids School” adlı uşaq tədris mərkəzinin fəaliyyəti polis əməkdaşları tərəfindən dərhal dayandırılıb. Mərkəzdəki uşaqlar ailələrinə təhvil verilib və valideynlərə övladlarına qarşı məsuliyyətli olmaları, sanitar-karantin rejiminin tələblərini yerinə yetirmələri barədə xəbərdarlıq edilib. F.Əliyev və mərkəzin digər əməkdaşları barədə qanunamüvafiq tədbir görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.