logo

Azərbaycanda koronavirusla bağlı son statistika açıqlandı

21:45 31-05-2020 | icon 1911
Azərbaycanda koronavirusla bağlı son statistika açıqlandı

Mayın 31-də Azərbaycanda koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 384 test aparılıb. Bununla da indiyədək aparılan testlərin sayı 298 min 648-ə çatıb.

Bu barədə YeniAvropa-ya Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən məlumat verilib.

Bildirilib ki, hazırda ölkəmizdə aktiv koronaviruslu xəstələrin sayı 2 min 3-ə bərabərdir. Xəstələrdən 85 nəfəri reanimasiyadadır ki, onlardan da 16-sı süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, mayın 31-də Azərbaycanda koronavirusa daha 248 yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1956 və 1960-cı il təvəllüdlü iki nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 5 min 494 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 min 428 nəfər müalicə olunaraq sağalıb, 63 nəfər vəfat edib, 2 min 3 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.