Sabiq prokurora cinayət işi açıldı
Prokurorluq orqanlarının adından sui-istifadə edərək vətəndaşı aldatmaqla rüşvət verməyə təhrik etmiş şəxslərin qanunsuz əməlləri ifşa edilib.
YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, əvvəllər Bakı şəhər Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin prokuroru işləmiş Samir Nəsirovun qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Aparılmış istintaqla S.Nəsirovun Bakı şəhər sakinləri Kənan Nəsrullayev və Nurlan Abbasovla qabaqcadan əlbir olaraq, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasını guya Baş Prokurorluqda işləyən tanışları vasitəsilə rüşvət müqabilində həll edəcəyini yalandan vəd verərək, təqsirləndirilən şəxslərin qohumu Tofiq Məmişovu aldatmasına, sonuncunu rüşvət verməyə təhrik edərək, həmin məqsədlər üçün 27 min manat məbləğində pulunu ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən qanunsuz hərəkətlərinə görə S.Nəsirov Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) maddələri, K.Nəsrullayev və N.Abbasov isə 32.4, 312.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, onlara qarşı həmin maddələrdə nəzərdə tutulan ittiham irəli sürülüb.
İş üzrə istintaq yekunlaşdırılmaqla, 31 may 2020-ci il tarixdə baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi:Cərimələr artılırdı
Cinayət-Prosessual Məcəlləsinə bir sıra dəyişikliklər edilib
Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçirilir
Ermənistanda Vladimir Solovyovun verilişləri qadağan edilib
Milli Məclisin bugünkü iclasında 21 məsələ müzakirəyə çıxarılıb
“Qarabağ” bütün oyunlarını uduzsa belə,yenə çempion olacaq
Ucarda məktəb binası yanıb
Antalya “Böyük Dəbilqə”si: Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Ukrayndan Hindistana “qırmızı xəti” keçməmək xəbərdarlığı
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq
Lavrov Aİ-nin Ermənistandakı missiyasını NATO missiyası adlandırıb
Azərbaycan nefti 89,22 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb
Daha 35 ailə Füzuliyə yola salınıb
Avtobus və taksi fəaliyyətinə dair tələblər təsdiqlənib
Türkiyə Azərbaycanla birgə tarixi film çəkəcək
Xarici işlər naziri istefa verdi...
“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib
“Texnika Bank”ın əmlakları təkrar hərraca çıxarılır
Avropa çempionatı: Minifutbol millimizin mümkün rəqibləri bəlli olub
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib
Sabah Bakıda 17° isti olacaq
Rusiya Ermənistan-ABŞ-Aİ görüşündən narahatdır
Tanışını öldürən şəxsin məhkəməsi başlayır
Paşinyan: Ermənistan mühacir “Dağlıq Qarabağ hökumətini” tanımır