XİN başçıları Azərbaycan-Əfqanıstan əlaqələrini müzakirə ediblər
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun əfqanıstanlı həmkarı Mohəmməd Hanif Atmar ilə telefon söhbəti olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya verilən məlumata görə, M.H.Atmar Əfqanıstanın dövlət başçısı səviyyəsində ikitərəfli əlaqələrə yüksək qiymət verdiyini bildirib. O, Azərbaycanın Əfqanıstanda təhlükəsizliyin təmin edilməsində beynəlxalq səyləri dəstəkləməsini, eləcə də azərbaycanlı sülhməramlıların “Qətiyyətli dəstək” missiyası çərçivəsində iştirakını məmnunluqla qeyd edib və Azərbaycan tərəfinə verdiyi töhfələrə görə təşəkkürünü ifadə edib. Əfqanıstanlı nazir, habelə Azərbaycanın Qoşulmama Hərəkatına uğurla sədrlik etməsi münasibətilə həmkarını təbrik edib.
Nazir M.H.Atmar ölkəsinin Azərbaycanla ikitərəfli münasibətlərin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb və bu xüsusda, iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə həm ikitərəfli, həm də üçtərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın vacibliyini vurğulayıb.
Nazir Elmar Məmmədyarov, öz növbəsində, Azərbaycan tərəfinin Əfqanıstan ilə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib. Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında cari il mayın 4-də Azərbaycanın sədrliyi ilə videokonfrans vasitəsilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünə toxunan nazir bu xüsusda BMT Baş Assambleyasının da xüsusi sessiyasının keçirilməsi təklifinin irəli sürüldüyünü qarşı tərəfin diqqətinə çatdırıb. Müəyyən edilmiş prioritetlərə uyğun olaraq və mövcud aktual məsələlər nəzərə alınmaqla, Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin gücləndirilməsi və Hərəkatın özünün nüfuzunun artırılması istiqamətində sədrlik fəaliyyətimizin davam etdirildiyi bildirilib.
Tərəflər, həmçinin iki ölkə arasında mövcud siyasi, iqtisadi, ticarət və nəqliyyat sahələrindəki əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar. Lapis-Lazuli nəqliyyat dəhlizinin strateji əhəmiyyəti qeyd edilib və bu çərçivədə əməkdaşlığın möhkəmləndirilməsi üçün müvafiq işçi qrupları səviyyəsində müzakirələrin aparılmasının əhəmiyyəti vurğulanıb. Eyni zamanda, Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsinin Lapis-Lazuli layihəsinə dəstəyin yeni bir komponenti ola biləcəyi qeyd edilib.
Söhbət zamanı, həmçinin iqtisadi və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilərək, qarşılıqlı ticarət əlaqələrinin davamlılığının təmin edilməsi üçün geniş imkanların olduğu bildirilib.
Nazirlər, eyni zamanda, iki ölkə arasında müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar. Tərəflər qlobal pandemiya yekunlaşdıqdan sonra ölkələrə səfərlərin edilməsi məqsədilə qarşılıqlı dəvətlərini ifadə ediblər.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir