logo

82 deputat MM-in növbədənkənar sessiyasının çağırılmasını istədi

16:58 31-05-2020 | icon 1981
82 deputat MM-in növbədənkənar sessiyasının çağırılmasını istədi

“Milli Məclisin 82 deputatı növbədənkənar sessiyanın çağırılması üçün mənə müraciət edib”.

 YeniAvropa xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Spikerin sözlərinə görə, həmin müraciətlərə baxılıb və növbədənkənar sessiyaların keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Sahibə Qafarova qeyd edib ki, parlamentin növbədənkənar sessiyasının ilk plenar iclası iyunun 1-də və 2-də keçiriləcək.