logo

Siyavuş Novruzov: “Cərimələr sənin nəslinin sağlamlığından ötrüdür”

15:55 31-05-2020 | icon 2023
Siyavuş Novruzov: “Cərimələr sənin nəslinin sağlamlığından ötrüdür”

"Bu cərimələr sənin özünün, övladının, nəslinin sağlamlığından ötrüdür. Səni cərimə etmirlər ki, töycü ödə və ya biyara get işlə”.

 YeniAvropa xəbər verir ki, bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı çıxışı zamanı səsləndirib.

O qeyd edib ki, koronavirus dövründə Milli Məclisin deputatları mətbuat orqanlarında , televiziyada gecə-gündüz maarifləndirici təbliğatla məşğul olublar.

“Belə bir fikir yaranıb ki, biz zorla kimdənsə pul almaq istəyirik. Bu cərimələr ondan ötəridir ki, maska taxılsın. Maskanı tax, cərimə almasınlar. Bundan Amerika kəşf edirlər ki, ya elə, ya belə olmalıdır. Maska taxan kimdənsə pul istəyirlər? Biri də deyir ki, imkanı yoxdur. İmkanı yoxdursa, 50 manat cərimə verməkdənsə, 30 qəpik versin maskanı alsın da",-deyə  Siyavuş Novruzov qeyd edib .