logo

"AZAL" və “Buta Airways” biletlərin qaytarılması müddətini uzadıb

14:15 31-05-2020 | icon 2786
"AZAL" və “Buta Airways” biletlərin qaytarılması müddətini uzadıb

Koronavirus pandemiyasının davam etməsi, habelə “Azərbaycan Hava Yolları” (AZAL) və “Buta Airways” aviaşirkətlərinin uçuşlar yerinə yetirdiyi ölkələrin sərhədlərinin bağlanması ilə əlaqədar iyulun 1-dək (1 iyul daxil olmaqla) uçuş tarixi ilə aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti uzadılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə "AZAL"dan bildirilib. Qeyd edilib ki, alternativ olaraq, sərnişinlərə aviabiletin dəyərinə bərabər olan vauçerlər və ya pul vəsaitinin qaytarılması təklif olunur. Pul vəsaitinin qaytarılması aviaşirkətin fəaliyyəti bərpa olunduqdan sonra 60 gün ərzində həyata keçiriləcək.

Daha ətraflı məlumat üçün “https://www.azal.az/az/offer/547” linkinə daxil ola bilərsiniz.