logo

Türkiyə vətəndaşları 90 günlüyə Azərbaycana vizasız səfər edəcəklər

13:55 31-05-2020 | icon 1918
Türkiyə vətəndaşları 90 günlüyə Azərbaycana vizasız səfər edəcəklər

Azərbaycana səfər etmək istəyən Türkiyə vətəndaşları üçün viza tələbi 90 günədək uzadılır. 

 YeniAvropa xəbər verir ki, bu  məsələ Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb.  

Dəyişikliklə Azərbaycana 90 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv edilir.

Qanun layihəsi Milli Məclisin mayın 31-də keçirilən plenar iclasında qəbul olunub. 

Xatırladaq ki, hazırkı qanunvericilikdə bu müddət 30 gün nəzərdə tutulurdu.