logo

Sabah Bakıda 29° isti olacaq

13:32 31-05-2020 | icon 2072
Sabah Bakıda 29° isti olacaq

Azərbaycanda iyunun 1-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında  hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-19° isti, gündüz 25-29° isti, Bakıda gecə 17-19° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 19-24° isti olacaq