logo

TƏBİB Azərbaycanda koronavirusla bağlı son durumu açıqladı

22:44 30-05-2020 | icon 1974
TƏBİB Azərbaycanda koronavirusla bağlı son durumu açıqladı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 30-a olan statistik göstəriciləri açıqlayıb.

YeniAvropa xəbər verir ki, məlumatda qeyd edilib ki,  bu gün ərzində ölkədə koronavirusla bağlı 4 661 test icra edilib. Bildirilib ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 294 264 test aparılıb.


Qeyd edək ki, bu gün Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub, 3 nəfər isə vəfat edib.

 

Bununla da ölkəmizdə koronavirusa yoluxanların sayı 5 246 nəfərə, sağalanların sayı 3 327 nəfərə, ölənlərin sayı isə 61 nəfərə çatıb.