logo

Türkiyədə koronavirusdan ölənlərin sayı minimuma enib

20:44 30-05-2020 | icon 2268
Türkiyədə koronavirusdan ölənlərin sayı minimuma enib

Türkiyədə yeni növ koronavirusa (COVID-19) qarşı sistemli mübarizə tədbirlərinə baxmayaraq, gündəlik yoluxma və ölüm halları davam etməkdədir. Bu vaxtadək 2 milyon 3 min 594 nəfər koronavirus testindən keçirilib. Hazırda 649 nəfər reanimasiyada, 308 xəstə süni nəfər aparatına qoşulmuş haldadır.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, mayın 30-də 39 min 230 nəfər testdən keçirilib. Onlardan 983 nəfər xəstə çıxıb. Qeyd edilib ki, gün ərzində 1021 nəfər sağalıb, 26 nəfər dünyasını dəyişib. Beləliklə, məlum infeksiyadan sağalanların sayı 126 min 984, ölənlərin sayı isə 4 min 515 nəfərə çatıb.

Qeyd edək ki, hökumətin qəbul etdiyi normallaşma planına əsasən, mayın 28-də sərnişin qatarlarının fəaliyyəti bərpa olunub. Hava nəqliyyatında isə iyunun 4-dən etibarən daxili, 10-dan isə xarici reyslərin həyata keçirilməsi gözlənilir. Mayın 29-da məscidlər ibadətə açılıb. Bunla belə, mayın 29-da yerli vaxtla saat 00.00-dan etibarən ölkənin 15 vilayəti üzrə növbəti dəfə komendant saatı tətbiq olunub. Daxili İşlər Nazirliyinin nəzarəti ilə həyata keçirilən komendant saatı iki gün davam edəcək.