logo

Xəzər dənizində dalğanın hündürlüyü 4,5 metrə çatıb

16:21 30-05-2020 | icon 1953
Xəzər dənizində dalğanın hündürlüyü 4,5 metrə çatıb

Milli Hidrometeorologiya Xidmətinin saat 16:00-a olan məlumatına əsasən şimal-qərb küləyinin sürəti Neftçalada 20, Tərtərdə 18, Xaçmazda 16 metr/saniyəyə çatıb.

Xidmətdən YeniAvropa-ya bildiriblər ki, külək Bakı, Sumqayıtda saniyədə 28, Qum adasında 26, Maştağada 25, Binədə 23, Çilov adası, Pirallahıda 20, Zabratda 18, Neft Daşlarında 22 metrədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 4.5 metrə çatıb.