“Ata Bank” və “Amrah Bank”dakı əmanətlərə görə kompensasiyaların verilməsinə başlanılır
İyunun 1-dən lisenziyaları ləğv olunan “Ata Bank” və “Amrah Bank”dakı qorunan əmanətlər üzrə kompensasiyaların verilməsinə başlanılır.
Əmanətlərin Sığortalanması Fondundan (ADIF) YeniAvropa-ya bildirilib ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2020-ci il 28 aprel tarixli qərarı ilə “Ata Bank” ASC və “Amrah Bank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyalar ləğv edilib. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq “Ata Bank” ASC və “Amrah Bank” ASC-də sığorta hadisəsi günü 2020-ci il aprelin 28-i müəyyən olunub.
ADIF-in Himayəçilik Şurasının qərarına əsasən, “Ata Bank” ASC və “Amrah Bank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində “Kapital Bank” ASC seçilib. “Ata Bank” ASC və “Amrah Bank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödəniləcək.
Əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kompensasiya olunacaq. “Kapital Bank” ASC-nin filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq:
- 1 iyun 2020-ci il tarixindən başlayaraq “Ata Bank” ASC və “Amrah Bank” ASC-də 30 min manat ekvivalentinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə “Kapital Bank” ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi;
- 1 iyul 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə “Kapital Bank” ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi.
Əmanətçilərdən kompensasiyaların alınması üçün “Kapital Bank” ASC-nin müvafiq filiallarına müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq əmanət müqaviləsini (əlavələrlə birlikdə), əmanət kitabçasını, əmanətin sahibliyini təsdiq edən digər sənədlərin (hesabdan cıxarışların) və şəxsiyyəti təsdiq edən sənədin təqdim olunması xahiş olunur.
Qorunan əmanətçilər hesabdan çıxarışları ləğv prosesində olan “Ata Bank” ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Şəmsi Bədəlbəyli küçəsi 102 ünvanında yerləşən baş ofisi, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından, ləğv prosesində olan “Amrah Bank” ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Xocalı prospekti 36 A ünvanında yerləşən baş ofisindən, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından əldə edə bilərlər.
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc olunduğu gündən başlayaraq bir il ərzində qəbul edir.
Qorunan əmanətçilər ərizə formalarını 2020-ci il iyunun 1-dən etibarən “Kapital Bank” ASC-nin müvafiq filiallarından və ADIF-in “www.adif.az” saytından əldə edə bilərlər.
Əlavə olunan cədvələ uyğun olaraq qorunan əmanətçilər ləğv prosesində olan “Ata Bank” ASC və “Amrah Bank” ASC-də əmanətləri olduğu filialın qarşısında qeyd edilən “Kapital Bank” ASC-nin filialına müraciət edərək yuxarıda qeyd olunan sənədlər əsasında kompensasiyalarını əldə edə bilərlər.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir