logo

Pakistan bu gündən beynəlxalq uçuşlar bərpa edir

11:10 30-05-2020 | icon 2394
Pakistan bu gündən beynəlxalq uçuşlar bərpa edir

Mayın 30-dan Pakistanın bütün hava limanlarından beynəlxalq uçuşlar bərpa edilir.

YeniAvropa xəbər verir  ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb. Xatırladaq ki, koronavirusun yayılmasının qarşısının alınması məqsədilə mart ayında bütün hava limanları bağlanmışdı.

Mayın 7-də Pakistan hökuməti özünütəcrid rejimini ləğv edib, 16-da isə daxili reysləri bərpa edib.

Son məlumata görə, ölkədə COVID-19 virusuna yoluxanların sayı 64 mindən çoxdur. Pandemiya dövründə 1317 nəfər ölüb, 40 min xəstə hazırda müalicə kursu keçməkdədir.