logo

Sumqayıtda “DAF”“KamAZ”la  toqquşdu: 2 nəfər öldü

10:33 30-05-2020 | icon 3234
Sumqayıtda “DAF”“KamAZ”la  toqquşdu: 2 nəfər öldü

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində “DAF” və “KamAZ” markalı iki yük avtomobili toqquşub.

YeniAvropa FHN-in saytına istinadla xəbər verir ki, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “DAF” markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalan sürücü 1951-ci il təvəllüdlü Sayılov Ağarza Çapı oğlunun və “KamAZ” markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalan sürücü 1995-ci il təvəllüdlü Aslanov Asəf Ədalət oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.